Sentyabrın 25-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin cari ilin üçüncü rübü ərzində icra vəziyyəti barədə məlumat veriləcək, elektroenergetika sektorunda tənzimləyicinin funksiyasını və səlahiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası”nın (Handbook) təqdimatıolacaq.Həmçinin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsindəsahibkarların məlumatlandırılması məqsədilə müzakirələr aparılacaq.
İclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.azinternet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.