Ukrayna Prezidenti Vladimir Zelenski SOCAR-ın Ukraynaya pulsuz yanacaq verəcəyini açıqlayıb.
"Leqal.az" xəbər verir ki,Zelenski bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbətimin nəticələrinə görə, SOCAR-ın Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrinin Ukraynada təcili yardım maşınlarına və Ukraynanın Fövqəladə Xidməti üçün pulsuz yanacaq verməsi tapşırılıb. Gecə Azərbaycandan dərmanlarla gələn təyyarəni gözləyirik".
Xəbər verdiyimiz kimi, Ukraynaya yardım aparan Azərbaycan təyyarəsi Bakıdan havaya qalxıb. Təyyarədə ümumi dəyəri 5 milyon avrodan çox olan dərmanlar və tibbi avadanlıqlar var.
Xəbər verdiyimiz kimi, axşam saatlarında Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana təşəkkür də edib:
"Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan Prezidenti ilə söhbət etdim. Biz göstərilən humanitar yardımı və dərmanları yüksək qiymətləndiririk. Dəstəyiniz üçün təşəkkür edirik",- Zelenski Tvitter səhifəsində yazıb.
XXX
"SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verəcək.
SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov feysbuk səhifəsində yazıb.
"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", - paylaşımda deyilir.