"Qarabağ" klubunun Avstriyadakı təlim-məşq toplanışında üçüncü rəqibi məlum olub.
LEQAL.AZ Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşacaq.
Oyunun başlama saatı hələ ki, bəll deyil.
Qeyd edək ki, komanda iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoxlama matçı keçirəcək.