“Neftçi” klubu təlim-məşq toplanışına start verib

“Neftçi” klubu təlim-məşq toplanışına start verib
  • İdman

  • Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışına start verib.

    LEQAL.AZ kluba istinadla xəbər verir ki, komandanın üzvləri yanvarın 4-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar.

    “Neftçi TV” vasitəsilə canlı yayımlanan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

    Bakı təmsilçisi təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirəcək. Komanda yanvarın 10-da “Qəbələ”, dörd gün sonra isə “Keşlə” ilə qarşılaşacaq.

    Hazırlıq prosesi yanvarın 21-dək davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər