Çempionlar Turu: Məmmədyarov Aronyana qalib gələrək, 3-cü yeri tutdu

Çempionlar Turu: Məmmədyarov Aronyana qalib gələrək, 3-cü yeri tutdu
  • İdman

  • Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün üçüncü partiyası başa çatıb.

    "Report"un məlumatına görə, qarşılaşma 35-ci gedişdə Məmmədyarovu qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə önə keçib və sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü yerin sahibi olub.

    22:10

    Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün ikinci partiyası başa çatıb.

    "Report"un məlumatına görə, qarşılaşma 25-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Hazırda Məmmədyarov öndədir - 1,5:0,5.

    21:50

    Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün ilk partiyası başa çatıb.

    "Report"un məlumatına görə, qarşılaşma 54-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Qara fiqurlarla oynayan azərbaycanlı qrossmeysterin hücumları qarşısında Aronyan təslim olub.

    21:15

    Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə bu gün yekun vurulacaq.

    "Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.

    Bugünkü 4 qarşılaşmanın ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

    Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək. İlk oyun günündə 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.

    Çempionlar Turu: "New In Chess"

    Final

    21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ)


    İlk oyun - 3:1

    3-cü yer uğrunda görüş

    21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan)

    İlk oyun - 2:2


    Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər