Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovla Ermənistan təmsilçisi Levon Aronyan arasındakı görüş başa çatıb.
LEQAL.AZ "Report"-a istinadən xəbər verir ki, "New In Chess" adlı mərhələdə qarşılaşma III tura təsadüf edib.
Qara fiqurlarla oynayan Rəcəbov mübarizədən heç-heçə ilə ayrılıb. Tərəflər 29-cu gedişdən sonra "sülh"ə razılaşıblar.