Bu gün Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Meltvater” turnirində mübarizəyə başlayacaqlar

Bu gün Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Meltvater” turnirində mübarizəyə başlayacaqlar
  • İdman

  • Martın 13-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turniri start götürəcək.

    LEQAL.AZ xəbər verir ki, indiyədək keçirilmiş hər üç turnirdə iştirak edən Teymur Rəcəbovla yanaşı, bu dəfə ölkəmizi daha bir şahmatçı, Azərbaycanın ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov da təmsil edəcək. Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparacaq. Şahmatçılarımızın rəqibləri Maqnus Karlsen, amerikalılar Nikaru Nakamura və Uesli So, rusiyalılar Yan Nepomnyaşi, Sergey Karyakin və Daniil Dubov, fransalı Maksim Vaşye-Laqrav, Niderland təmsilçiləri Aniş Giri və Yorden Van Forest, ispaniyalı David Anton Quixarro, argentinalı Alan Peçot, isveçli Nils Qrandelius, FIDE-ni təmsil edən Alireza Firuzca və Ermənistan təmsilçisi Levon Aronyan olacaqlar.

    Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq yarışın ilk beş turu keçiriləcək. Birinci turda Şəhriyar Məmmədyarov Levon Aronyan ilə qarşılaşacaq. Teymur Rəcəbov da ilk oyun günündə L.Aronyanla qarşılaşacaq. Onların görüşü dördüncü turda olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər