“Sumqayıt” futbol klubu 100-cü qələbəsini qazanıb

“Sumqayıt” futbol klubu 100-cü qələbəsini qazanıb
  • İdman

  • “Sumqayıt” futbol klubu tarixinin 100-cü qələbəsini qazanıb. Bu yubiley Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib.

    Klubun mətbuat xidmətindən LEQAL.AZ–a bildirilib ki, səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə edən sumqayıtlılar 158 dəfə uduzub.

    Qeyd edək ki, 2010-cu ildə yaradılan klub indiyədək Premyer Liqada 77, Azərbaycan kubokunda 10, Birinci divizionda isə 13 dəfə qələbə qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər