Macarıstanın paytaxtı Budapeştdə keçirilən kişi və qadın sablyaçılar arasında Dünya Kubokunda komanda yarışlarında qaliblər müəyyənləşib.
LEQAL.AZ Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla bildirir ki, mübarizəyə 1/16 finaldan başlayan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət komandamız qadın sablyaçıların komanda yarışında Rumıniya yığması 45:32 hesabı ilə məğlub edib.
Təmsilçimiz ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə turnirin reytinq favoritlərindən sayılan, finalda Polşa yığmasına 44:45 hesabı ilə məğlub olan İtaliya seçmə kollektivinə 26:45 hesabı ilə uduzub.
9-16-cı yerlər uğrunda görüşdə Almaniya yığması üzərində 45:42 hesablı qələbə qazanan komandamız növbəti görüşdə ABŞ sablyaçılarına 32:45 hesabı ilə məğlub olub. 11-ci yer uğrunda Gürcüstanın qadınlardan ibarət sablya yığması ilə qarşılaşan millimiz rəqibini 45:25 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qılıncoynadanlarımız fərdi yarışlarda da medal qazana bilməyib.