"Neftçi" qələbə qazanaraq liderliyini möhkəmləndirdi

"Neftçi" qələbə qazanaraq liderliyini möhkəmləndirdi
  • İdman

  • Fevralın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turuna yekun vurulub.

    LEQAL.AZ xəbər verir ki, turun son matçında "Neftçi" "Qəbələ"ni qəbul edib.

    "Bakcell Arena"dakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə qolu 90+4-cü dəqiqədə Emin Mahmudov vurub.

    Bu nəticədən sonra 33-cü xalını qazanan "Neftçi" liderliyini möhkəmləndirib. Qonaqlar isə 18 xalla 5-ci pillədə qərarlaşıb.

    Qeyd edək ki, günün ilk görüşündə "Zirə" səfərdə "Keşlə" ilə qollu heç-heçə edib - 2:2. Dünən baş tutan matçlarda isə "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" isə səfərdə "Sumqayıt"la qolsuz bərabərliyə razılaşıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər