Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin üçüncü yarış günündə daha 5 turda mübarizə aparacaq.
LEQAL.AZ xəbər verir ki, şahmatçımız ilk oyununu Liren Dinq (ÇİN) ilə keçirəcək. İkinci görüşü hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenə qarşı keçirəcək T.Rəcəbov daha sonra fransalı Maksim Vaşye-Laqrav və amerikalı Uesli So ilə oynayacaq. Şahmatçımız günün son qarşılaşmasında – 15-ci turda ermənistanlı Levon Aronyanla üz-üzə gələcək.
T.Rəcəbov ötən 10 turdan 5,5 xal əldə edərək 5-7-ci yerləri bölüşür. Turnir cədvəlində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen 7 xalla liderliyini davam etdirir.
Qeyd edək ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.
Xatırladaq ki, fevralın 14-dək davam edəcək “Opera Euro Rapid” turnirində 16 şahmatçı mübarizə aparır. Üçgünlük qrup mərhələsindən sonra (15 tur) ilk 8 yeri tutan şahmatçı səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.