“Opera Euro Rapid” turnirində iştirak edəcək şahmatçılar müəyyənləşib

“Opera Euro Rapid” turnirində iştirak edəcək şahmatçılar müəyyənləşib
  • İdman

  • Fevralın 6-dan 14-dək “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti mərhələsinin oyunları keçiriləcək.

    LEQAL.AZ
    xəbər verir ki, artıq “Opera Euro Rapid” adlanan üçüncü turnirində iştirak edəcək bütün şahmatçıların adı müəyyənləşib. Turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov və seriyanın təşkilatçısı olan dünya çempionu Maqnus Karlsendən başqa, turnirdə Hikaru Nakamura, Uesli So, Leyner Dominqez, Sem Şenkland (ABŞ), Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Daniil Dubov (Rusiya), Liren Dinq (Çin), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Niderland), Yan-Kşıştof Duda (Polşa), Vidit Santos (Hindistan), Matias Blubaum (Almaniya) və Levon Aronyan (Ermənistan) mübarizə aparacaqlar.

    “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və sentyabradək davam edəcək.

    Xatırladaq ki, “Champions Chess Tour” seriyasının ikinci - “Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb. Ondan əvvəlki, “Skillinq Open” yarışında da təmsilçimiz erməni rəqibinə prinsipial qarşılaşmada qalib gəlib. Həmin yarışın qalibi isə ABŞ şahmatçısı Uesli So olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər