“Opera Euro Rapid”: Teymur Rəcəbov finala çıxa bilməyib

“Opera Euro Rapid”: Teymur Rəcəbov finala çıxa bilməyib
  • İdman

  • “Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” adlı üçüncü mərhələsinin yarımfinalının cavab matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olub.

    LEQAL.AZ xəbər verir ki, şahmatçımız ABŞ təmsilçisi Uesli So ilə ikinci matçın ilk iki partiyasını heç-heçə başa vurduqdan və növbəti partiyada məğlub olduqdan sonra finala çıxmaq şansını itirib.

    Qeyd edək ki, T.Rəcəbov birinci matçda rəqibinə 1,5:2,5 hesabla məğlub olmuşdu. Beləliklə, Uesli So turnirin finalına vəsiqə qazanıb. Teymur Rəcəbov isə üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibi norveçli Maqnus Karlsen və fransalı Maksim Vaşye-Laqrav cütünün məğlubu olacaq.

    Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər