İngiltərə Premyer Liqası: “Liverpul” cari mövsümdə doqquzuncu dəfə məğlub olub

İngiltərə Premyer Liqası: “Liverpul” cari mövsümdə doqquzuncu dəfə məğlub olub
  • İdman

  • Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində son çempion “Liverpul” çempionatın autsayderi “Fulhem” komandasını qəbul edib.

    LEQAL.AZ xəbər verir ki, görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol matçın 45-ci dəqiqəsində vurulub. Mario Lemina fərqlənərək komandasına qələbə qazandırıb.

    Bu nəticədən sonra aktivində 43 xal olan “Liverpul” 7-ci, “Fulhem” isə 26 xalla 18-ci yerdə qərarlaşıb.

    Qeyd edək ki, bu, “Liverpul”un cari mövsümdə doqquzuncu məğlubiyyətidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər