Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində daha bir cüdoçumuz bürünc medala sahib olub.
LEQAL.AZ xəbər verir ki, turnirin üçüncü – sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq) üçüncü yer uğrunda görüşdə Özbəkistan təmsilçisi Şermuxammad Jandreyevi məğlub edib.
Bununla da hazırda komandamızın hesabında 2 bürünc medal var. Ötən gün Rüstəm Orucov (73 kiloqram) da millimizin aktivinə bürünc medal yazdırıb.
Dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 12 idmançı ilə qatılıb.