Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində bu gün son günün görüşləri olacaq.
LEQAL.AZ xəbər verir ki, bu dəfə tatamiyə ağır çəkili cüdoçularımız çıxacaqlar. Cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kiloqram) ilk görüşündə Erlan Şerov (Qırğızıstan) - Stanislav Qunçenko (Ukrayna) qarşılaşmasının qalibi ilə mübarizə aparacaq. Aslan Mirzəyev (100 kiloqram) Otqonbatar Xlaqvasuren (Monqolustan), Uşangi Kokauri (+100 kiloqram yuxarı) Vinçentso Darkonu (İtaliya) sınağa çəkəcək.
Qeyd edək ki, komandamızın aktivində cəmi 1 medal var. Yığmamızın hesabına bürünc medalı Rüstəm Orucov (73 kiloqram) yazdırıb.
Dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 12 idmançı ilə qatılıb.