Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq

Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq
  • İdman

  • Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

    LEQAL.AZ xəbər verir ki, cüdoçumuz üçüncü yer uğrunda yerli idmançı Obidxon Nomonov ilə gücünü sınayacaq.

    Bu gün mübarizə aparan digər cüdoçularımız - 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yarışa uğurla başlayaraq fransalı Nikolas Çiları məğlub etsə də, sonrakı mərhələdə qırğızıstanlı Vladimir Zaloyevin öhdəsindən gələ bilməyib. Həmin çəki dərəcəsində daha bir idmançımız - Hidayət Heydərov isə ilk görüşdə braziliyalı Gilyerme Şmidtə uduzaraq turnirdə çıxışını başa vurub.

    Qeyd edək ki, martın 5-də start götürmüş yarışda komandamızın aktivində medal yoxdur.

    Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.
    PAYLAŞ:

    Oxşar xəbərlər