UEFA Çempionlar Liqasında səkkizdəbir finalda “Atletiko Madrid” - “Çelsi” görüşünün İspaniyada deyil, Polşanın paytaxtı Varşavada keçirilməsi barədə razılıq əldə edilib.
LEQAL.AZ xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə tezliklə rəsmi açıqlama ediləcək.
Qeyd edək ki, İngiltərə və İspaniyada mövcud karantin qaydalarına əsasən, hər iki ölkə bir-birinə gediş-gəlişi müvəqqəti dayandırıb.
Həmçinin bir gün əvvəl də “Leyptsiq” - “Liverpul” oyununun keçiriləcəyi yeri dəyişdirilərək Macarıstanın paytaxtı Budapeşt şəhərinə təyin edilib.(azərtac)