UEFA Avropa Liqası: Pley-off mərhələsinin püşkü atılıb

UEFA Avropa Liqası: Pley-off mərhələsinin püşkü atılıb
  • Cəmiyyət

  • Dekabrın 14-də futbol üzrə UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb.

    LEQAL.AZ  xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib.

    Püşkatmada qruplarında ilk iki yeri tutmuş 24 komanda ilə yanaşı, UEFA Çempionlar Liqasından gəlmiş 8 klub iştirak edib. Artıq onlar iki səbətə bölünüblər. Qrup qalibləri və UEFA Çempionlar Liqasından mübarizəni dayandırmış kollektivlərdən 4-ü səpələnmişlər, digərləri isə səpələnməmişlər səbətində yer alıblar. Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı I qrupundan İspaniyanın “Vilyarreal” və İsrailin “Makkabi Təl-Əviv” klubları pley-offa vəsiqə qazanıblar.

    Bu mərhələdə UEFA Avropa Liqasında eyni qrupdan çıxmış komandalar, həmçinin eyni ölkə təmsilçiləri rəqib ola bilməzlər. Bundan əlavə, siyasi vəziyyətlə bağlı Rusiya və Ukrayna klubları üz-üzə gəlməyəcəklər.

    Püşkatmanın nəticələri aşağıdakı kimidir:

    "Volfsberq" (Avstriya) - "Tottenhem" (İngiltərə)

    "Dinamo" (Kiyev, Ukrayna) - "Brügge" (Belçika)

    "Real Sosyedad" (İspaniya) - "Mançester Yuneyted" (İngiltərə)

    "Benfika" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

    "Srvena Zvezda" (Serbiya) - "Milan" (İtaliya)

    "Antverpen" (Belçika) - "Reyncers" (Şotlandiya)

    "Slaviya" (Praqa, Çexiya) - "Lester" (İngiltərə)

    "Zaltsburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)

    "Braqa" (Portuqaliya) - "Roma" (İtaliya)

    "Krasnodar" (Rusiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

    "Yanq Boyz" (İsveçrə) - "Bayer" (Almaniya)

    "Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya)

    "Qranada" (İspaniya) - "Napoli" (İtaliya)

    "Makkabi" (Təl-Əviv, İsrail) - "Şaxtyor" (Donetsk, Ukrayna)

    "Lill" (Fransa) - "Ayaks" (Niderland)

    "Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)

    Qeyd edək ki, UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin səkkizdəbir final mərhələsinin püşkü fevralın 26-da atılacaq.
    (azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər