“Mançester Yunayted”in müdafiəçisi Aksel Tuanzebe sosial şəbəkələrdə irqi zəmində təhqirlərə məruz qalıb.
“Vesti” portalı xəbər verir ki, qaradərili futbolçu klubun qələbəni əldən buraxmasının səbəbkarı kimi komandanın azarkeşləri tərəfindən sərt şəkildə qınanıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən matçda “Qırmızı şeytanlar” “Evertonla” qarşılaşıb və 3:3 hesabı ilə başa çatan görüşdə qələbəni son anda, daha dəqiq desək, 95-ci dəqiqədə əldən veriblər.
Tuanzebe bütün oyun ərzində ehtiyat skamyasında əyləşsə də, matçın əlavə olunmuş dəqiqələrində meydana çıxıb. Məhz onun qayda pozuntusundan sonra təyin olunan cərimə zərbəsi nəticəsində rəqib komanda fərqlənib və hesabı bərabərləşdirib.