Bu il Avstraliya açıq tennis turnirində yan xətt hakimlərindən istifadə olunmayacaq.
Onları səs yazılarından ibarət xüsusi texnologiya əvəz edəcək.
LEQAL.AZ xəbər verir ki, bu, “Böyük dəbilqə” seriyalı turnirlərdə ilk belə hal kimi tarixə düşəcək.
Xüsusi sistem sayəsində arxa xətt hakimlərinin “Aut”, “Fut fol” və “Fol” çağırışlarını məhz bu texnologiya səsləndirəcək.
Epizoda nəzarəti isə xüsusi kameralar həyata keçirəcək.
Maraqlıdır ki, xüsusi aparatlara həkimlər, xilasedicilər, yanğın söndürənlər və koronavirusla mübarizə aparanların səsi yazılacaq.