Paralimpiyaçılarımız uzun fasilədən sonra beynəlxalq arenalara qayıdırlar

Paralimpiyaçılarımız uzun fasilədən sonra beynəlxalq arenalara qayıdırlar
  • İdman

  • Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə milli komandası fevralın 6-14-də Dubayda keçiriləcək Qran-Pridə iştirak edəcək.

    AMPK-dan LEQAL.AZ-a bildiriblər ki, yarışdan əvvəl komitənin prezidenti İlqar Rəhimov komandanın üzvləri ilə görüşüb.

    Komitə prezidenti idmançılara uğurlar arzulayaraq qeyd edib ki, bu yarış lisenziya xarakterli olduğundan Qran-Pridə yaxşı nəticələr göstərmək olduqca vacibdir.

    Komandanın baş məşqçisi, ikiqat Paralimpiya çempionu Oleq Panyutin idmançıların yarışlara hazır olduğunu bildirib.

    Paraatletika üzrə Qran-Pridə ölkəmizi 6 idmançı təmsil edəcək.

    Qeyd edək ki, AMPK-nın atletika idman növü üzrə artıq 3 idmançısı “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər