LEQAL.AZ xəbər verir ki, hər il 2 Fevral - Gənclər Günündə uğurlu fəaliyyəti ilə seçilən istedadlı gənclərin, gənclər təşkilatlarının stimullaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlar təqdim olunur.
"Azərbaycan İdman Könüllüləri" ictimai birliyi 2020-ci ildə idmanın təbliğində və inkişafında səmərəli fəaliyyət göstərdiyinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Diplomla təltif edildi.