Məsut Özil: Qismət olarsa, Azərbaycana getmək istəyirəm

Məsut Özil: Qismət olarsa, Azərbaycana getmək istəyirəm
  • İdman

  • Bütün Azərbaycana salam olsun. Qismət olarsa, Azərbaycana getmək istəyirəm.

    LEQAL.AZ xəbər verir ki, bunu İstanbulun “Fənərbağça” klubunun yeni transferi Məsut Özil komandası ilə müqavilənin imzalanması mərasimində deyib.

    İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda “İlin döyüşkən legioneri” seçilən yarımmüdafiəçi “Fənərbağça” klubunun Azərbaycandakı azarkeşlərinə müraciət edərək ölkəmizə gəlmək arzusunu dilə gətirib: “Hər kəsə təşəkkür edirəm. Qismət olarsa, Azərbaycana getmək istəyirəm. Təkcə oradakı fənərbağçalılara deyil, bütün Azərbaycana salam göndərirəm”.

    Qeyd edək ki, Məsud Özil “Fənərbağça” klubu ilə 3,5 illik müddətə müqavilə imzalayıb.

    Peşəkar futbolda karyerasına 2006-cı ildə başlayan M.Özil bir il “Şalke-04” komandasında forma geyindikdən sonra 2008-2010-cu illərdə “Verder Bremen”, 2010-2013-cü illərdə “Real Madrid” komandalarında çıxış edib. Futbolçu 2013-cü ildə “Arsenal” komandasına transfer olub. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi adını qazanıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər