On yeddi yaşadək futbolçulardan ibarət Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.
LEQAL.AZ AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunacaq.
Qarşılaşmalar oktyabrın 5-12-də keçiriləcək. Qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.