Teymur Rəcəbov “Airthings Masters” turnirinin seçmə mərhələsinin sonuncu turlarında mübarizə aparacaq

Teymur Rəcəbov “Airthings Masters” turnirinin seçmə mərhələsinin sonuncu turlarında mübarizə aparacaq
  • İdman

  • Rapid üzrə “Champion Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirinin seçmə mərhələsində sonuncu turun oyunları keçiriləcək.

    LEQAL.AZ xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün daha üç görüşdə iştirak edəcək. Belə ki, şahmatçımız əvvəlcə amerikalı Uesli So, sonra Fransa təmsilçisi Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. Seçmə mərhələnin son oyununu isə T.Rəcəbov hindistanlı rəqibi Harikrişna Pentala ilə keçirəcək.

    Qeyd edək ki, şahmatçımız seçmə mərhələsi çərçivəsində keçirdiyi 7 turun oyunlarına görə 4,5 xalla liderlər qrupunda yer alır. İki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Bu gün 12 iştirakçı arasında pley-offda mübarizəni davam etdirəcək ən güclü səkkizlik müəyyənləşəcək.

    Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər