Dekabrın 30-da İspaniya La Liqasında XVI turun növbəti oyunları keçirilib.
LEQAL.AZ xəbər verir ki, turnir cədvəlinin lideri Madridin “Atletiko” klubu öz meydanında “Xetafe”ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Luiz Suarez vurub.
Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran “Atletiko” turnir cədvəlinin vahid liderinə çevrilib.
Günün açılış matçında “Valensiya” səfərdə “Qranada”ya 1:2 hesabı ilə məğlub olub.
Digər matçda isə “Selta” öz meydanında “Ueska”nı eyni hesabla üstələyib.