“Liverpul” səfərdə “Kristal Palas”a qalib gəlib

“Liverpul” səfərdə “Kristal Palas”a qalib gəlib
  • İdman

  • Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turuna start verilib.

    LEQAL.AZ xəbər verir ki, turun açılış görüşündə son çempion “Liverpul” səfərdə “Kristal Palas”ın qonağı olub.

    Görüş “Liverpul”un 7:0 hesablı qələbəsi ilə başa çatıb.

    Mersessayd təmsilçisinin heyətində Takumu Minamino, Sadio Mane, Roberto Firmino (2), Məhəmməd Salah (2) və Jordan Henderson fərqləniblər.

    Bu qələbə sayəsində “Liverpul” xal ehtiyatını 31-ə çatdıraraq, turnir cədvəlində liderliyini davam etdirir. “Kristal Palas” isə 18 xalla 12-ci yerdə qərarlaşıb.

    Turun ilk oyun günündə “Mançester Siti” səfərdə “Southemton” komandasının qonağı olacaq. “Everton” isə “Arsenal”ı qəbul edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər