Qadın futbolçulardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu il sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı.
LEQAL.AZ xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, hər iki oyunun tarixi müəyyənləşib. Belə ki, Azərbaycan–İspaniya qarşılaşmasının fevralın 18-də, Azərbaycan – Moldova oyununun isə 23-də keçirilməsinə qərar verilib.
Oyunların stadionu və başlanma vaxtı hələ müəyyənləşməyib.