Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb “Dinamo”su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq.
Görüş saat 20:45-də başlayacaq.
Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edəcək.
Bu komadalar arasında ilk matçda “Dinamo” 3:0 hesabı ilə qalib gəlib.
“Qarabağ” ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirakı təmin edib.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
28 avqust, 20:45
“Qarabağ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)
İlk oyun - 0:3
***
Komandaların start heyətləri açıqlanıb:
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
“Dinamo”: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine
Baş məşqçi: Sergey Yakiroviç
***
Matç başladı.