Avropa Liqası: “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyununa çıxacaq

Avropa Liqası: “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyununa çıxacaq
  • İdman

  • “Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

    Leqal.az report-a istinadla xəbər verir ki, Azərbaycan çempionu Portuqaliya klubu “Braqa” ilə qarşılaşacaq.

    İlk görüşdə rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə doğma azarkeşləri önündə - Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq. Qurban Qurbanovun kollektivi üstünlüyünü qoruyaraq, 1/8 finala adlamaq və yeni tarix yazmaq arzusundadır.

    Saat 21:45-də başlayacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

    UEFA Avropa Liqası

    Pley-off mərhələsi, cavab oyunu

    22 fevral

    21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya)

    Baş hakim: Georgi Kabakov (Bolqarıstan).

    Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

    İlk oyun - 4:2.
    PAYLAŞ:

    Oxşar xəbərlər