Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub
  • İdman

  • Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

    LEQAL.AZ xəbər verir ki, Report-un məlumatına görə, 70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub.

    Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb. 79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevə 10:18 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.

    20:03
    Azərbaycan sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

    "Report"un məlumatına görə, 65 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib özbəkistanlı Umidcan Cəlalov olub. İkinci hissədə Bayramov 1:5 hesabı ilə geridə ikən çiynindən zədələnib. Nəticədə o, gümüş medala qazanıb.

    Bu gün 70 kq çəkidəki Kənan Heybətov da finalda güləşəcək. Onun rəqibi ABŞ təmsilçisi Miçel Mesenbrink olacaq.

    79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayev olacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər