Avropa çempionatı: Güləşçimiz finala vəsiqə qazandı

Avropa çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
  • İdman

  • LEQAL.AZ bildirir ki, ölkəmizin sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

    "Report"un məlumatına görə, 70 kq-da mübarizə aparan idmançı ukraynalı İqor Nikiforukla üz-üzə gəlib.

    Rəqibinə 5:0 hesabı ilə qalib gələn Bayramov finala vəsiqə qazanıb.

    Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə isə yarımfinalda müvafiq olaraq Rusiya təmsilçiləri Naçın Monquşa və Zagir Şakiyevə uduzublar. Onlar aprelin 20-də bürünc medal uğrunda mübarizə aparacaqlar.

    16:20

    Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.

    "report"un məlumatına görə, qitə birinciliyində ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. İlk yarış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxıb.

    57 kq-da Əfqan Xaşalov 1/8 finalda yunanıstanlı Yannis Martidisi, növbəti raundda isə Rumıniya təmsilçisi Razvan Kovaçsı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Naçın Monquş (Rusiya) olacaq.

    65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə də yarışa 1/8 finaldan başlayıb. İlk görüşündə ermənistanlı Gevorq Tadevosyana qalib gələn Rəhimzadə ardınca Şmagi Toduadan (Gürcüstan) güclü olub və yarımfinala yüksəlib. Rəhimzadə finala çıxmaq üçün Zagir Şakiyevlə (Rusiya) güləşəcək.

    70 kq-dakı Turan Bayramov 1/8 finalda Nikolae Koyokarunu (Böyük Britaniya), növbəti mərhələdə isə türkiyəli Haydar Yavuzu mübarizədən kənarlaşdıraraq, yarımfinala adlayıb. Bayramov bu mərhələdə ukraynalı İqor Nikiforukla qarşılaşacaq.

    79 kq-da yarışan Rəşad Yusifli isə mübarizəyə 1/6 finaldan start verib. O, ardıcıl olaraq, Andrey Sokalski, Oktay Hasan (Bolqarıstan) və Andrey Karpaç (Belarus) üzərində qələbə qazanaraq, yarımfinal gürüşünə vəsiqə əldə edib. Yusiflinin final yolunda rəqibi Sayfedin Alexma (Fransa) olacaq.
    97 kq çəki dərəcəsində Şamil Zubairov 1/8 finalda rumıniyalı Albert Saritova qalib gəlsə də, növbəti mərhələdə Türkiyə idmançısı Süleyman Karadenizə uduzub.

    57 kq
    1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan) - 10:0

    1/4 final: Əfqan Xaşalov - Razvan Kovaçs (Rumıniya) - *3:3

    1/2 final: Əfqan Xaşalov - Naçın Monquş (Rusiya)

    65 kq
    1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan) - 2:1

    1/4 final: Əli Rəhimzadə - Şmagi Todua (Gürcüstan) - 9:4

    1/2 final. Əli Rəhimzadə - Zagir Şakiyev (Rusiya)

    70 kq
    1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya) - 10:0

    1/4 final: Turan Bayramov - Haydar Yavuz (Türkiyə) - 3:2

    1/2 final: Turan Bayramov - İqor Nikiforuk (Ukrayna)

    79 kq
    1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa) - 9:0

    1/8 final: Rəşad Yusifli - Oktay Hasan (Bolqarıstan) - 3:0

    1/4 final: Rəşad Yusifli - Andrey Karpaç (Belarus) - 7:4

    1/2 final: Rəşad Yusifli - Sayfedin Alexma (Fransa)

    97 kq
    1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya) - +:-

    1/4 final: Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə) - 4:6

    Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər