Noyabrın 7-də futbol üzrə Türkiyə çempionatının VIII turunun növbəti qarşılaşmasında "Fənərbağça" doğma meydanda "Konyaspor"u qəbul edib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, gərgin keçən görüşdə qonaqlar İstanbul təmsilçisinin qapısından iki cavabsız qol keçirib. Konya klubunun qollarını Marko Yetoviç və Artem Kravets vurub.
Günün digər oyunlarında isə "Trabzonspor səfərdə "Alanyaspor"la heç-heçə edib – 1:1. "Kasımpaşa" – "Antalyaspor" matçında hesab 2:2, "Ərzurumspor" – "Göztəpə" görüşündə isə 1:1 olub.
Qeyd edək ki, yeni mövsümdə superliqada 21 komanda yarışır. Çempionatın turnir cədvəlinə 17 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbağça" ikinci, 13 xal toplayan "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.