Oktyabrın 25-də futbol üzrə Türkiyə çempionatının altıncı turunun üçüncü gününün qarşılaşmasında "Fənərbağça" öz meydanında "Trabzonspor"u qəbul edib.
LEQAL.AZ xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib.
"Fənərbağça"nın heyətində Serkan Asan (51), Enner Valensia (55) və Papis Demba Sisse (72) fərqləniblər. Trabzon klubunun yeganə qolunu isə Benik Afobe vurub.
Günün digər matçında "Gənclərbirliyi" səfərdə "Yeni Malatyaspor"un qonağı olub. Bu oyunda meydan sahibləri rəqibi 2:1 hesabı ilə məğlub edib.
Digər görüşdə isə "Alanyaspor" doğma divarlar arasında "Fatih Karagümrük"ü iki cavabsız qolla üstələyib.
Tura "Dənizlispor"-"Beşiktaş" və "Sivasspor"-"Rizəspor" matçları ilə yekun vurulacaq.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Kayserspor" istirahət edir.
Hazırda çempionatın turnir cədvəlinə 16 xalla "Alanyaspor" başçılıq edir. Ondan iki xal geri qalan "Fənərbağça" ikinci, 10 xala malik "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.