“Qalatasaray” son dəqiqə qolu ilə uduzdu - “Alanyaspor” vahid lider oldu

“Qalatasaray” son dəqiqə qolu ilə uduzdu - “Alanyaspor” vahid lider oldu
  • İdman

  • Türkiyə Super Liqasında V tura yekun vurulub.
     
    Apasport.az saytının məlumatına görə, son gündə 2 oyun keçirilib.
     
    Son vaxtlar qeyri-stabil nəticələr göstərən və avrokuboklarla erkən vidalaşan “Qalatasaray” lider “Alanyaspor”u qəbul edib. İlk hissədə komandalar hərəyə bir dəfə fərqləniblər. Fasilə ərəfəsində Oqenekaro Etebo qırmızı vərəqə alıb. İkinci hissəni azlıqda keçirən “cim-bom” əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə qol buraxaraq, məğlub olub.
     
    Bu qarşılaşmada “Qalatasaray” rəhbərliyi Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar olaraq tribunalarda müxtəlif pankartlar açaraq, Azərbaycana dəstəyini nümayiş etdirib.
     
    Autsayderlər zonasında qərarlaşan “Gənclərbirliyi” ilə “Dənizlispor”un duelində isə ikincilər cari mövsümdə ilk qalibiyyətlərini qazanıblar.
     
    Qeyd edək ki, Super Liqanın VI turuna oktyabrın 23-də start veriləcək.
     
    Türkiyə Super Liqası
    V tur
    19 oktyabr
    “Qalatasaray” – “Alanyaspor” – 1:2

    Falkao, 34 (pen.) – Babakar, 43, Davidson, 90+6
    “Gənclərbirliyi” – “Dənizlispor” – 1:2
    Kandeyas, 90+1 - Subotiç, 22, Rodalleqa, 45
    PAYLAŞ:

    Oxşar xəbərlər