UEFA Konfrans Liqasının 1/4 final mərhələsində keçirilən “Marsel” – PAOK oyunu (2:1) zamanı insident baş verib.
“Leqal.az” xəbər verir ki, “Veledrom” stadionundakı matçdan əvvəl yerli fanatlar yunan azarkeşlərin oturduğu sektora məşəl atmağa başlayıb. Daha öncə isə şəhərin küçələrində qalmaqal yaşanıb. Polisin məlumatına görə, qonaq komandanın azarkeşlərinin qaldığı otelin qarşısında kütləvi dava baş verib.
Xatırladaq ki, KL-də 1/8 finalın “Bazel”lə ev oyunu zamanı da azarkeşlər arasında qalmaqal baş verib.
qafqazinfo