“Marsel” və “Qarabağ”ın start heyətləri açıqlanıb

“Marsel” və “Qarabağ”ın start heyətləri açıqlanıb
  • İdman

  • Fransada UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Marsel" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

    Avropa futbol qurumunun rəsmi saytında yer alan məlumata görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

    “Marsel”: 30. Stiv Mandanda, 3. Alvaro Qonsales, 4. Babakar Kamara, 5. Leonardo Balyerdi, 8. Jerson 9. Arkadiuş Milik, 14. Luan Peres. 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 22. Pap Quye, 29. Pol Lirola

    Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Genduzi, 7. Amin Arit, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 15. Due Çaleta-Tsar, 23. Sead Kolaşinats, 31. Yuqo Bertelli, 46. Aylan Benyahya Tani

    Baş məşqçi: Xorxe Sampaoli

    “Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina

    Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə

    Baş məşqçi: Qurban Qurbanov

    Qeyd edək ki, “Velodrom” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

    10:12

    “Qarabağ” tarixi oyuna çıxacaq.

    Oxu.Az xəbər verir ki, “Qarabağ” ilk dəfə beynəlxalq turnirin pley-off mərhələsində mübarizə aparacaq.

    Ağdam komandası Fransada “Marsel”in qonağı olacaq. Hazırda Fransa çempionatının ikincisi olan “Marsel”lə ilk oyun cütün taleyini müəyyənləşdirmək baxımından böyük önəm daşıyır.

    “Qarabağ”da 3 zədəli var. “Marsel”də isə yarımmmüdafiəçi Valontan Ronjye Avropa Liqasının qrup mərhələsində qırmızı vərəqə aldığından, meydana çıxa bilməyəcək.

    UEFA Avropa Konfrans Liqası

    Pley-off mərhələsi, ilk oyun

    17 fevral

    00:00 “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan)

    Hakimlər: Nikola Dabanoviç, Milovan Cukiç, Vladan Todoroviç, Miloş Boşkoviç (hamısı Monteneqro)

    Marsel. “Velodrom” stadionu

    Oynayamayacaqlar: Luis Enrike, Valontan Ronjye (hər ikisi “Marsel”), Abbas Hüseynov, Bədəvi Hüseynov, Şahruddin Məhəmmədəliyev (hər üçü “Qarabağ”)

    Turnirdə keçiriləcək digər oyunlar bunlardır:

    21:45 PSV (Niderland) – “Makkabi” (Təl-Əviv, İsrail)

    21:45 “Fənərbağça” (Türkiyə) – “Slaviya” (Çexiya)

    21:45 “Midtyulan” (Danimarka) – PAOK (Yunanıstan)

    21:45 “Rapid” (Avstriya) – “Vitess” (Niderland)

    00:00 “Lester” (İngiltərə) – “Randers” (Danimarka)

    00:00 “Seltik” (Şotlandiya) – “Budö/Qlimt” (Norveç)

    00:00 “Sparta” (Çexiya) – “Partizan” (Serbiya)

    Qeyd edək ki, komandalar arasında cavab oyunları fevralın 24-də Bakıda keçiriləcək. //oxu.az

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər