Antalyada təlim-məşq toplanışında olan “Xan Lənkəran” yoxlama oyunu keçirib.
"Leqal" xəbər verir ki, Lənkəran təmsilçisi Almaniyanın Region Liqasında mübarizə aparan “Bişofsverda” komandası ilə qarşılaşıb.
Qarşılaşma “Xan Lənkəran”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Elvin Mirzəzadə vurub.
Qeyd edək ki, “Xan Lənkəran” Azərbaycan Region Liqasında mübarizə aparan yeganə klubdur ki, Antalyaya təlim-məşq toplanışına gedib.
oxu.az