Türkiyənin III Liqasının (sayca IV divizion) II qrup matçının XX turunda stadionda Azərbaycan mahnısı səsləndirilib.
"Leqal"ın xəbərinə görə, İğdır şəhər stadionunda keçirilən “Alagöz Holdinq” – “Başkənt Universiteti Alanya Kestelspor” oyununda meydan sahiblərinin futbolçusu, vaxtı ilə Türkiyə millisi, “Beşiktaş” və “Trabzonspor” kimi klublarda oynamış Batuhan Karadəniz qol vurub.
30 yaşlı hücumçu 74-cü dəqiqədə akrobatik zərbə ilə hesabı açıb. Bundan sonra cənubi azərbaycanlı soydaşımız İbrahim Əlizadənin oxuduğu “Səni deyirlər” mahnısı səsləndirilib.
Qeyd edək ki, görüş İğdır komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. /oxu.az
LEQAL.AZ