Masallı güləşçiləri Azərbaycan çempionatında bir gümüş, bir bürünc medal qazanıblar
Bakı İdman Sarayında sərbəst güləşi üzrə böyüklər arasında keçirilən Azərbaycan çempionatına (07-09 dekabr) yekun vurulub.
Yeddi çəki dərəcəsində ölkənin ən güclü sərbəst güləşçiləri Masallı pəhləvanları da yer alıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhməsib İsayevin yertirmələri Rahid Həmidli (125 kq) ikinci, Zəfər Əliyev isə (97 kq) üçüncü yerin sahibi olub.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi ölkə birinciliyi Milli komandalara seçim xarakteri daşıyır.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.