Masallıda Avropa çempionatında iştirak edəcək taekvondoçu Rahid Vəliyevlə görüş

Masallıda Avropa çempionatında iştirak edəcək taekvondoçu Rahid Vəliyevlə görüş
  • İdman

  • Masallı Rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov dəfələrlə taekvondo idman növü üzrə öz yaşıdları arasında Azərbaycan və Beynəlxalq yarışların qalibi və mükafatçısı, Milli yığma komandanın üzvü Rahid Vəliyev və onun məşqşi-müəllimi Sadiq Ağayevlə görüşüb.

    İdarə rəisi idmançının problemləri ilə maraqlanıb, ona növbəti yarışlarda uğurlar arzulayıb.

    Qeyd edək ki, Rahid Vəliyev 12-15 noyabr 2021-ci il tarixlərdə Bosniya və Herseqovina şəhərində gənclər arasında taekvondo idman növü üzrə keçiriləcək Avropa çempionatında 48 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək.

    Məlumat üçün bildirək ki, Rahid Nahid oğlu Vəliyev 30 iyul 2004 cü ildə Masallı şəhərində anadan olub. Masallı şəhər 4 saylı tam orta məktəbin məzunudur.

    2012-ci ildən taekvondo ilə məşğul olmağa başlayıb. Dəfələrlə öz yaşıdları arasında zona və respublika birincliklərinin qalibi olub, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib.

    2017-ci ildə yeniyetmə və gənclər arasında 33 kq çəki dərəcəsində “Qəbələ Open”, “Batumi Open”, 2018-ci ildə “Rustavi Open” Beynəlxalq turnirlərində birinci, 37 kq çəki dərəcəsində Bakı şəhərində yeniyetmələr arasında “Qafqaz Open” açıq birinciliyində üçüncü, Rusiya Federasiyasının Samara şəhərində “Məğlubedilməz güc”adlı beynəlxalq turnirində birinci, İspaniyanın Marinador şəhərində yeniyetmələr arasında Avropa Çempionatında ikinci, 2019-cu ildə 45 kq çəki dərəcəsində yeniyetmələr arasında Göygöl rayonunda “Göygöl açıq” Beynəlxalq birinciliyində 3-cü, Gürcustan Respublikasının Rustavi şəhərində “Rustavi Open” Beynəlxalq turnirində yeniyetmələr arasında 3-cü, Bakı şəhərində gənclər arasında “Koreya Səfiri ” kuboku turnirində 2-ci, Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Maxaçqala şəhərində yeniyetmələr arasında “Rusiya açıq” beynəlxalq birinciliyində 2-ci, “Tiblisi Open ” Beynəlxalq turnirində 1-ci, 2020-ci ildə “Bakı açıq” birinciliyində yeniyetmələr və gənclər arasında 2-ci, 2021-ci ildə Bakı şəhərində gənclər arasında Respulika birinciliyində 48 kq çəki dərəcəsində birinci yerə layiq görülüb.

    R.Vəliyev hazırda Milli yığma komandanın tərkibində məşqlərini davam etdirir.

    Nəzərə çatdıraq ki, Rahid Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Sadiq Ağayevin yetirməsidir.

    Bizimlə əlaqə saxlayın

    Akif AĞAYEV,
    MASALLI.


    PAYLAŞ:

    Oxşar xəbərlər