Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya çempionu olub

Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya çempionu olub
  • İdman

  • Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

    LEQAL.AZ-ın məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Sahak Hovannisyanla üz-üzə gəlib.

    Rəqibinə heç bir şans verməyən Cəfərov 7:0 hesabı ilə qalib gələrək, dünya çempionu olub.

    60 kq çəki dərəcəsindəki Nihat Məmmədli bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 hesabı ilə məğlub edib və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

    72 kq-da çıxış edən Xasay Həsənli isə ermənistanlı Şant Xaçatryana uduzaraq, bürünc medal şansını əldən verib.


    report
    PAYLAŞ:

    Oxşar xəbərlər