Vaqif Əsədov: Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən görüntülər tərəfimizdən araşdırılıb

Vaqif Əsədov: Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən görüntülər tərəfimizdən araşdırılıb
  • Cəmiyyət

  • Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən görüntülər tərəfimizdən araşdırılıb.

    LEQAL.AZ xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov həmin görüntüdə ifadə edilən iddiaların tibbi maskadan istifadə ilə bağlı olmadığını bildirib: "Dekabrın 17-də dövlət nömrə nişanı olmadan Badamdar şosesində hərəkət edən 99-DE-405 “Chevrolet Aveo” markalı avtomobilə "Saxla!" işarəsi verilməsinə baxmayaraq, sürücü – 1987-ci il təvəllüdlü Taleh Xəlilov yol polisinin qanuni tələblərinə məhəl qoymadan, avtomobilin duracağa qoyulacağını bildikdən sonra hərəkətini davam etdirib, növbəti kobud qayda pozuntusu yaradaraq qaçmağa çalışıb. Avtomobili tək idarə edən şəxs yol polisini yayındırmağa çalışaraq, qadın tanışını yaxınlaşdığı ünvana çağırıb mübahisənin əsas tərəfinə çevirməyə və bunu kənardan videoqeydə aldırmaqla “həyat yoldaşının yanında polis ona təzyiq edir” görüntüsü yaratmağa cəhd edib. Avtomobil idarə etmək üçün müvafiq sənədləri və etibarnamə olmadan, 772 manat ödənməyən cərimə borcu olan şəxs qanunamüvafiq qaydada saxlanılaraq, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə təhvil verilib.

    Polis bölməsində sürücünün barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilib”.

    V.Əsədov diqqətə çatdırıb ki, yol polisinin qanuni tələblərinə məhəl qoymayan sürücü barəsində sosial şəbəkələrdə yayılan məlumatlar tam əsassızdır. Tövsiyə edirik ki, polisin fəaliyyəti ilə bağlı ictimai fikrə yönələn istənilən informasiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər