Bakıda ağır qəza törədən sürücü cəzalandırıldı – Hökm

Bakıda ağır qəza törədən sürücü cəzalandırıldı – Hökm
  • Hadisə

  • Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Malik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    LEQAL.AZ-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
    Malik Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
    İttihama görə, ötən il noyabrın 26-da Buzovna qəsəbəsi ərazisində Maştağa-Buzovna şossesində paytaxt sakini 1991-ci il təvəllüdlü Malik Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1973-cü il təvəllüdlü Fazil Məmmədovu vurub.
    Fazil Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.
    İstintaq araşdırması zamanı məlum olub ki, yol qəzasının törədilməsində Malik Məmmədov günahkar olub.
    Malik Məmmədov hadisə yerindən qaçsa da, sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
    İstintaq orqanı tərəfindən Malik Məmmədovun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər