Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 390 m² olan tikintisi başa çatmayan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və birinci mərtəbəsinə yığılan taxta materiallar 2 m³, bitişik ümumi sahəsi 90 m² olan mebel sexinin yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan taxta materiallar 4 m³ yanıb.
Fövqəladə Hallar Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, evin və sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.