Aprelin sonuncu günü 32 dərəcə isti olacaq

Aprelin sonuncu günü 32 dərəcə isti olacaq
  • Cəmiyyət

  • Aprel ayının 30-da Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.

    Bu barədə Leqal.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.

    Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər