Zəngilanda dəhşətli qəza: Ölən var

Zəngilanda dəhşətli qəza: Ölən var
  • Hadisə

  • Zəngilan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    LEQAL.AZ xəbər verir ki, hadisə dekabrın 2-də saat 12 radələrində Zəngilan rayonu ərazisində qeydə alınıb.

    İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

    Faktla bağlı Zəngilan rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər