ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.
Leqal.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“ABŞ İranın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahiyan və onların nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə bağlı rəsmi başsağlığı verir. İran yeni prezidenti seçdiyi üçün biz İran xalqını və onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsini dəstəklədiyimizi bir daha təsdiqləyirik”, - məlumatda deyilir.