Azərbaycan və Belarus arasında qırılmaz tarixi bağlara malik olan səmimi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur

Azərbaycan və Belarus arasında qırılmaz tarixi bağlara malik olan səmimi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur
  • Siyasət

  • Azərbaycan və Belarus ölkələri ilə dostluq münasibətləri hər zaman mövcud olub. Belarus bütün tarix boyu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə bizə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.

    Azərbaycanla Belarus arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır.

    Həmin zamandan 30 ildən artıq vaxt ötür.

    Bu münasibətlər xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada söykənir.

    28-29 noyabr 2016-cı il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri, 18-19 noyabr 2018 -ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarusa rəsmi səfəri, 13-14 aprel 2021- ci il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur.

    Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mətbuata bəyanatlarla etdikləri çıxışlarında da öz əksini aydın şəkildə tapıb. Cənab Prezident İlham Əliyev Belarusun dövlət başçısını noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etməklə bu dost ölkə ilə münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha vurğuladı. Cənab Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında hazırda görülən və həyata keçiriləcək işlərin miqyasının çox geniş olduğunu diqqətə çatdıraraq, böyük təcrübəyə malik olan Belarus şirkətlərini bu işlərdə fəal iştirak etməyə dəvət edib.

    Belarusun çox yaxşı şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə tətbiqi üçün geniş imkanlar var. Belarus lideri qeyd edib ki, ölkəsi azad edilmiş ərazilərin bərpasına kömək göstərə və bu prosesdə iştirak edə bilər: "Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”.


    Türkanə  Əliyeva,
    YAP fəalı
    PAYLAŞ:

    Oxşar xəbərlər